AZ

Bakıdakı dəhşətli qəzada ölənlərin sayı ARTDI

Bakıda baş verən ağır yol qəzası nəticəsində ölənlərin sayı 3-ə çatıb. 

Bu barədə “Yeni Sabah”a TƏBİB-dən bildirilib.  Qeyd olunub ki, hadisə nəticəsində təcili tibbi yardım briqadası 3 nəfəri (1 kişi, 2 qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya edib:

"Onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb". Pepperoni pizza

Bundan başqa, hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da bioloji ölüm faktı qeydə alınıb.


Telegram kanalımız
Seçilən
69
5
yenisabah.az

10Mənbələr