AZ

Mahir Süleymanlı Şabranda yüksək bal toplayan tələbələrlə görüşdü

Mahir Süleymanlı Şabranda yüksək bal toplayan tələbələrlə görüş keçirdi

 

Sentyabrın 6-da Milli Məclisin deputatı Mahir Süleymanlı Yeni Azərbaycan Partiyasının (YAP) Şabran rayon təşkilatının inzibati binasında bu il rayon üzrə ən yüksək bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrlə görüşüb.

 

Tədbirdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov da iştirak edib. Görüş zamanı tələbələr təbrik olunub, onlara həyatlarının yeni mərhələsində uğurlar arzulanıb. Qeyd olunub ki, ölkəmizin gələcək inkişafı üçün savadlı, intellektual, dövlətinə və xalqına bağlı, vətənpərvər gənclərin yetişməsi mühüm əhəmiyyət daşıyır.

 

Çıxışlardan sonra tələbələrə mükafat və hədiyyələr təqdim olunub.

Seçilən
84
3
modern.az

4Mənbələr