AZ

Suaresə ağır cəza verildi

“İnter Mayami”nin hücumçusu Luis Suares Liqa Kubokunun finalında baş verən insidentə görə diskvalifikasiya olunub.

Publika.az xəbər verir ki,Sentyabrın 1-də keçirilən həlledici oyunda Suaresin komandası “Sietl”ə 0:3 hesabı ilə uduzub. Final fitindən sonra kütləvi dava düşüb və bu davada Suareslə yanaşı Serxio Buskets də iştirak edib. Uruqvaylı futbolçu həmçinin “Sietl”in bir əməkdaşına tüpürüb.

Nəticədə Suares 6, Buskets isə 2 oyunluq cəzalandırılıb. Diskvalifikasiya yalnız Liqa Kubokunun qarşılaşmalarına şamil olunur.

Seçilən
67
publika.az

1Mənbələr