AZ

Azərbaycan və Qətər arasında investisiya əməkdaşlığı genişlənir

BAKI, 6 sentyabr. TELEQRAF

İqtisadiyyat naziri Mikayıl CabbarovQətərə səfər çərçivəsində Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Əl-Suveydi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında məlumat verib.

Görüş zamanı tərəflər qarşılıqlı sərmayə qoyuluşu, potensial birgə layihələr və hər iki ölkənin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.Eyni zamanda,Qətərlə birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğunu qeyd edilib.

Seçilən
61
7
teleqraf.com

10Mənbələr