NTD basketbolçular Murad Babayev və Oğuzxan Quliyevlə müqavilə müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Hər iki basketbolçu ilə daha bir mövsümlük anlaşma imzalanıb.
Qeyd edək ki, Azərbaycanın U-20 millisinin üzvü olan M.Babayev 2022-ci ildən NTD-nin formasını geyinir. U-18-in üzvü O.Quliyev isə bu ilin yanvarında komandaya dəvət olunub.
"Cebheinfo.az"