AZ

Mask Tesla nın sayəsində dünyanın ilk trilyonçusu ola bilər

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Teslanın CEO-su, planetin ən zəngin adamı İlon Mask şirkətin direktorlar şurası CEO-nun yeni böyük təzminat paketini təsdiqləsə, dünyanın ilk trilyonçusu ola bilər.

Turkustan.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb .Təklif edilən paket yaxın illərdə şirkətin bazar dəyərinin əhəmiyyətli dərəcədə artacağı təqdirdə Maskın əlavə 423,7 milyon Tesla səhmini alacağını nəzərdə tutur.Tesla-nın ümumi səhm dəyəri hazırda 1,1 trilyon dollardır. Əgər şirkətin dəyəri 8,5 trilyon dollara çatarsa, Maskın bu paketin bir hissəsi olaraq ala biləcəyi 423,7 milyon səhm təxminən 1 trilyon dollar dəyərində olacaq.Bildirək ki, Mask hazırda Tesla-nın 410 milyon səhminə sahibdir.Bloomberg Milyarderlər İndeksinə görə, Maskın ümumi sərvəti 386 milyard dollar olaraq qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
1
icma.az

2Mənbələr