AZ

Beyləqanda silahlı insident zamanı xəsarət alanların kimliyi məlum olub

Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verib.

Xezerxeber.az xəbər verir ki, insident zamanı odlu silahla xəsarət alan 2 nəfər qəsəbə sakini - 1988-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğlu və 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nürəli oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən qəsəbə sakini 1988-ci il təvəllüdlü Əhmədov Ceyhun Rza oğlunun isə hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

TƏBİB-dən verilən məlumata görə xəsarət alanlardan biri əməliyyata alınıb, digərinə isə sol baldırın “çoxqəlpəli açıq yerdəyişən sınığı” diaqnozu təyin edilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Seçilən
0
3
xezerxeber.az

4Mənbələr