AZ

Əfqanıstanda zəlzələdən sonra sağ qalanların axtarışı başa çatdı

Əfqanıstan hakimiyyəti avqustun 31-də baş vermiş güclü zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatını başa çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Kunar vilayətinin qubernatoru Qüdrətullah Əbu Həmzə Əl-Cəzirə telekanalına məlumat verib.

"Zəlzələdən sonra sağ qalanların axtarışı başa çatıb. Ölənlərin sayı 2204 nəfərə çatıb, 4000-ə yaxın insan isə yaralanıb", - o bildirib.

Onun sözlərinə görə, hakimiyyət zərərçəkənləri və məcburi köçkünləri yerləşdirmək üçün ciddi çadır çatışmazlığı ilə üzləşib.

Seçilən
44
12
teleqraf.com

10Mənbələr