Formula-1 yarışı ölkəmizin beynəlxalq imicinə böyük töhfə verir. Bu möhtəşəm tədbir Azərbaycanın mədəniyyətini və qonaqpərvərliyini dünyaya tanıdır.
ONN media Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova deyib.
Formula-1-in Azərbaycana xeyirindən danışan A.Hüseynova qeyd edib ki, yarış günlərində minlərlə turist Bakıya gəlir ki, bu da hotel, restoran, nəqliyyat və digər xidmət sahələrində iqtisadi canlanma yaradır:
“Məsələn, ötən il bilet alan tamaşaçıların 77%-i xarici turist olub. Artan maraq səbəbi ilə bu il iki yeni tribuna əlavə edilib və beləliklə ümumi tribuna sayı 12-yə çatdırılıb. Onlardan 9-na biletlər artıq tam satılıb. Bununla yanaşı, könüllü proqramları vasitəsilə yüzlərlə gənc beynəlxalq təcrübə qazanır, bu da onların sosial və peşəkar inkişafı baxımından çox önəmlidir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta