AZ

Eynşteynin ilk skripkası hərracda satılacaq


Nobel mükafatı laureatı fizik Albert Eynşteynin ilk skripkası Böyük Britaniyada hərraca çıxarılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” nəşri məlumat yayıb.
Tabloidə görə, bu, Eynşteynin İkinci Dünya Müharibəsi zamanı gizlətdiyi ilk və sevimli skripkasıdır. Qeyd olunur ki, lot 300 min funt-sterlinqə (6 min manat - red.) satışa çıxarılacaq.
Söhbət alimin yeniyetmə yaşlarında, daha sonra yetkinlik dövründə, nisbilik nəzəriyyəsini inkişaf etdirdiyi vaxtlarda “Lina” adı həkk olunmuş skripkadan gedir. Eynşteyn daha sonra nasistlərin təqiblərindən qaçmaq üçün Almaniyadan Amerikaya qaçmağı planlaşdırarkən və əmlakını itirmək istəmədiyi zaman aləti fizik yoldaşına verib.
Seçilən
2
1
yeniavaz.com

5Mənbələr