ain.az bildirir, Yeniavaz portalına istinadən.
Nobel mükafatı laureatı fizik Albert Eynşteynin ilk skripkası Böyük Britaniyada hərraca çıxarılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” nəşri məlumat yayıb.
Tabloidə görə, bu, Eynşteynin İkinci Dünya Müharibəsi zamanı gizlətdiyi ilk və sevimli skripkasıdır. Qeyd olunur ki, lot 300 min funt-sterlinqə (6 min manat - red.) satışa çıxarılacaq.
Söhbət alimin yeniyetmə yaşlarında, daha sonra yetkinlik dövründə, nisbilik nəzəriyyəsini inkişaf etdirdiyi vaxtlarda “Lina” adı həkk olunmuş skripkadan gedir. Eynşteyn daha sonra nasistlərin təqiblərindən qaçmaq üçün Almaniyadan Amerikaya qaçmağı planlaşdırarkən və əmlakını itirmək istəmədiyi zaman aləti fizik yoldaşına verib.
Qeyd edilib ki, alimin velosiped yəhəri də hərraca çıxarılacaq. Onun 50 min funt-sterlinqə (min manat – red.), həmçinin iki imzası olan “Dekart və Spinoza” kitabının satılacağı gözlənilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.