Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “VAZ-2107” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Bayramov Niyaz Eyvaz oğlunu, eləcə də sərnişinləri, 1992-ci il təvəllüdlü Nuriyev Rəşad İbrahim oğlu və 1989-cu il təvəllüdlü Sadıqov Sadıq Məhəmməd oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
21:27
Qazax rayonunun Xanlıqlar kəndində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “VAZ 2107” və “Opel” markalı avtomobillər toqquşub.
Yol-nəqliyyat hadisəsi zamanı "VAZ 2107" markalı minik avtomobili deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.
Xilasedicilər tərəfindən avtomobildən 3 nəfər - 1992-ci il təvəllüdlü N.Bayramov, 1989-cu il təvəllüdlü V.Salehov və 1992-ci il təvəllüdlü N.Rəşad xəsarət alıb.
Onların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.