BAKI, 7 sentyabr. TELEQRAF
"Microsoft"un bulud platforması "Azure" istifadəçiləri Qırmızı dənizdə bir neçə beynəlxalq sualtı kabellərin zədələnməsi səbəbindən xidmətdə fasilələrlə üzləşə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Microsoft" şirkəti bəyanat yayıb.
"Qırmızı dənizdə bir neçə sualtı fiber-optik kabelin zədələnməsi səbəbindən istifadəçilər gecikmələrlə üzləşə bilər", - bəyanatda qeyd olunub.
Kabellərin bərpası vaxt aparacaq.
Qeyd edək ki, telekommunikasiya marşrutu Avropanı Asiya və Afrika ilə birləşdirir.