Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında münaqişənin həlli ilə bağlı Vaşinqtonla danışıqlar aparmır.
Axar.az xəbər verir ki, bu barədə HƏMAS-ın adı açıqlanmayan üzvü “Əl Ərəbiyyə” telekenalına ABŞ Prezidenti Donald Trampın hərəkatla danışıqların aparılması barədə açıqlamasını şərh edərkən deyib.
"Vaşinqtonla birbaşa və ya dolayı danışıqlar barədə məlumat doğru deyil", - HƏMAS-dakı mənbə bildirib.
Bundan əlavə, mənbə qeyd edib ki, hərəkat Qəzza zolağında daimi atəşkəsə, İsrail qoşunlarının anklavdan çıxarılmasına və humanitar yardımın göstərilməsinə imkan verəcək istənilən təkliflərə hazırdır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.