BAKI, 7 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etməyi planlaşdırır və tədbir çərçivəsində Çin sədri Si Cinpinlə görüşə bilər.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, iki lider arasında görüşün təşkili müzakirə olunur, lakin hələlik razılıq əldə olunmayıb.