AZ

Rusiya rekord sayda PUA və raketlə Ukraynaya hücum etdi

Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrindən məlumat verilib. Məlumata görə, Rusiya ordusu bu müddət ərzində 805 PUA, 13 ədəd “İsgəndər-K” və “İsgəndər-M/KN-23” raketləri ilə hücuma keçib. “Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən 747 PUA və 4 raker zərərsizləşdirilib. 9 raket və 56 PUA hədəfə dəyib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, sonuncu ən böyük belə hücum 2025-ci ilin 9 iyulunda qeydə alınmışdı. Həmin vaxt Rusiya 741 PUA və raketlərlə hücum etmişdi.

Seçilən
17
1
Ajans.az

10Mənbələr