AZ

Rusiyanın neft zavodu dağıdıldı – güclü partlayışlar - FOTO

Musavat.com xəbər verir ki, ötən gecə Rusiyada, “Drujba neft kəmərinə edilən hücumla yanaşı, Krasnodar diyarında yerləşən İlsky Neft Emalı Zavodu da dron hücumuna məruz qalıb.

Yerli mənbələrin yaydığı görüntülərdə zavod ərazisində güclü partlayışlar və alov sütunları aydın görünür. Böyük tüstü buludları kilometrlərlə məsafədən müşahidə olunub.

Krasnodar vilayətinin rəsmiləri də zavoda zərbə endirildiyini təsdiqləyiblər. Hazırda hadisə yerində yanğınsöndürənlər və fövqəladə xidmətlər çalışır.

Hadisə nəticəsində itkilər və ya zərərin miqyası barədə hələlik rəsmi açıqlama verilməyib.

Son günlər Rusiyanın enerji infrastrukturuna yönəlmiş hücumların intensivləşməsi diqqət çəkir.

Musavat.com

Seçilən
56
46
musavat.com

10Mənbələr