AZ

Türkiyə nümayəndə heyəti Ermənistana hansı yolla GEDƏCƏK?

Xəbər verildiyi kimi, Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə danışıqlardakı nümayəndəsi Serdar Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti gələn həftə Ermənistana səfər edəcək.

Türkiyənin NTV telekanalı diplomatik mənbələrə istinadən xəbər verir ki, Türkiyə səfiri Serdar Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətinin gələn həftə quru yolu ilə, yəni Əlican-Marqara keçid məntəqəsi vasitəsilə Ermənistana səfəri planlaşdırılır.

Qeyd olunur ki, ikitərəfli nümayəndə heyətlərinin ilk dəfə keçiriləcək görüşündə münasibətlərin normallaşdırılması ilə bağlı qərarlar qəbul olunacaq.

Həmçinin əvvəllər qəbul edilmiş, lakin hələ də icra olunmamış qərarlar müzakirə ediləcək.

Seçilən
34
cebheinfo.az

1Mənbələr