Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda uğurlu çıxışını davam etdirir.
90deqiqe.Az-ın məlumatına görə, yığmamız 1/4 finalda Polşa ilə qarşılaşıb və gərgin mübarizədə rəqibini 16:13 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.
Xatırladaq ki, Azərbaycan komandası qrup mərhələsində də inamlı çıxış edərək Fransa (21:16) və Ukrayna (21:14) üzərində qələbə qazanmışdı.