AZ

Avropa Kuboku: Azərbaycan millisi yarımfinala yüksəldi

Qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda növbəti oyununu çıxıb.

Fanat.Az xəbər verir ki, təmsilçimiz 1/4 final mərhələsində Polşa ilə üz-üzə gəlib. 

Rəqibini 16:13 hesabı ilə məğlub edən Azərbaycan seçməsi yarımfinala yüksəlib.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14) üstələyib.

Seçilən
1
18
fanat.az

10Mənbələr