AZ

Hüseyn Avstriyada "gümüş" qazandı

Azərbaycan karateçisi Hüseyn Məmmədli Avstriyanın Zalsburq şəhərində keçirilən "Karate-1" A Seriya turnirində uğurlu çıxışla yadda qalıb.

Fanat.Az xəbər verir ki, informasiyanı Azərbaycan Karate Federasiyasının mətbuat xidməti yayıb.

O, yarışın finalınadək irəliləyərək gümüş medal qazanıb.

Qeyd edək ki, Karate-1 A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük önəm daşıyır.

 

 

Seçilən
0
16
fanat.az

10Mənbələr