AZ

Millimiz Avropa kubokunun finalında

style='margin-bottom:10px;'>

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa kubokunda finala vəsiqə qazanıb. 

QOL.az xəbər verir ki, yığmamız 1/2 final mərhələsində İspaniya millisi ilə üz-üzə gəlib və rəqibini 21:17 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl qrup mərhələsində Fransa (21:16), Ukraynaya (21:14), 1/4 final mərhələsində isə Polşaya (16:13) qalib gəlib. Millimiz finalda Niderlandla qarşılaşacaq. Görüş bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Seçilən
1
2
teleqraf.com

10Mənbələr