Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa kubokunda ilk dəfə finala yüksəlib.
QOL.az-ın məlumatına görə, Danimarkanın paytaxtı Kopenhagendə keçirilən yarışın yarımfinalın Azərbaycan komandası İspaniyanl 17:12 hesabı ilə məğlubiyyətə uğradıb.
Finalda Azərbaycan komandasının rəqibi Niderland yığmasıdır. Oyun bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransaya (21:16), Ukraynaya (21:14), 1/4 finalda isə Polşaya (16:13) qalib gəlib.