AZ

Milli komandamız komanda hesabında birinci yerə layiq görülüb


Taekvondo üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri İsveçrənin Sanqt-Qallen şəhərində keçirilmiş “Swiss Open 2025” beynəlxalq turnirində uğurla çıxış ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Bildirilib ki, təmsilçilərimizdən Bəhruz Quluzadə (54 kq), Cavad Ağayev (80 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.
Etac Qafarov (87 kq) gümüş, Qaşım Maqomedov (63 kq), Riad Şirəliyev (68 kq) və Səmərrux Osmanova (49 kq) isə bürünc medallara sahib çıxıblar.
Komandamızın üzvü Bəhruz Quluzadə yarışın ən yaxşı idmançısı seçilib.
Seçilən
16
5
yeniavaz.com

10Mənbələr