AZ

Presnel Kimpembe PSJ-ni tərk etdi, Qətərə üz tutdu

Futbol üzrə Fransa çempionu PSJ-nin mərkəz müdafiəçisi Presnel Kimpembe bundan sonra “Qətər” klubunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə Qətərin eyniadlı klubunun rəsmi saytına istinadən məlumat verir.

30 yaşlı fransalı futbolçu yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb. Transferin digər detalları barədə məlumat verilmir.

Presnel Kimpembe futbola “Eranyi” klubunda qədəm qoyub, buradan PSJ-nin akademiyasına yol taparaq, püxtəşəlib və 2013-cü ildə parsililərin heyətində böyük futbolda debüt edib. Kimpembenin PSJ ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Kimpembenin PSJ-də çıxışının ümumi mənzərəsi 241 oyun, 3 qol və 2 məhsuldar ötürmədən ibarətdir.

Presnel Kimpembe 2018-ci ilin mart ayında debüt edtdiyi Fransa yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 28 oyun keçirib. Kimpembe “xorzular”la, Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatının qalibi olub və həmçinin 2021-ci il UEFA Millətlər Liqasını qazanıb.

Əlavə edək ki, Presnel Kimpembe əslən Konqo Demokratik Respublikasındandır. Milli komanda səviyyəsində tarixi vətəninin U-21 yığmasında çıxış etmiş Kimpembe, sonradan Fransa bayrağı altına keçməyə qərar verib.

Klub səviyyəsində qənimətlərinə gəlincə, Kimpembe PSJ ilə Fransa Liqa 1-in (8 dəfə), Fransa Kubokunun (6 dəfə), Fransa Liqa Kubokunun (4 dəfə), Fransa Super Kubokunun (6 dəfə) və UEFA Çempionlar Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı fransalı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Seçilən
20
2
arena.az

4Mənbələr