ABŞ Prezidenti Donald Tramp atəşkəslə bağlı təklifinin İsrail tərəfindən qəbul edildiyini açıqlayıb.O, bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Tramp bildirib ki, eyni şərtləri HƏMAS-ın da qəbul etməsi lazımdır:
"Qəbul etməməyin nəticələri ilə bağlı HƏMAS-a xəbərdarlıq etmişəm. Bu mənim son xəbərdarlığımdır, başqa xəbərdarlıq olmayacaq!"
Daha əvvəl "Axios" portalının jurnalisti Barak Ravid Donald Trampın Qəzza zolağında atəşkəslə bağlı HƏMAS-a əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənən yeni təklif təqdim etdiyini bildirmişdi.