Bakı. Trend:
İspaniyanın Kataloniya bölgəsində avtobus qəzası baş verib.
Trend xəbər verirki, Barselonaya gedən avtobus yoldan çıxaraq aşıb. Hadisənəticəsində 53 nəfər xəsarət alıb.
Yaralılardan dördü yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardanikisinin vəziyyəti ağırdır. Digər zərərçəkənlərə yerində tibbiyardım göstərilib. Avtobusdakı sərnişinlərin çoxu Fransa vətəndaşıolub. Qəzanın səbəbləri araşdırılır.