AZ

KİV: Putin NATO-nun "Axilles dabanına" hücum edə bilər

BAKI, 8 sentyabr. TELEQRAF

Rusiya lideri Vladimir Putin NATO-nun "Axilles dabanına" - Polşa və Baltikyanı ölkələri birləşdirən Suvalki dəhlizinə hücum edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The Sun” nəşrinə Böyük Britaniyanın keçmiş yüksək rütbəli hərbi kəşfiyyat zabiti Filip İnqrem bildirib.

İnqrem vurğulayıb ki, Suvalki dəhlizinin ələ keçirilməsi faktiki olaraq Baltik ölkələrini NATO üzrə müttəfiqlərindən ayıracaq.

“Biz Kalininqrad vilayəti və Belarusda Rusiya hərbi mövcudluğunun güclənməsini, qəfil hərbi təlimlər və qeyri-adi qoşun hərəkətlərini müşahidə edirik”, - o jurnalistlərlə söhbətində deyib.

Ekspertin fikrincə, Estoniya, Latviya və ya Litvaya qarşı hər hansı təhdidlər Ukraynaya qarşı genişmiqyaslı müdaxilədən əvvəlki anlarla müqayisə edilə bilər. O, bunun ciddi xəbərdarlıq işarəsi kimi şərh edilməli olduğunu söyləyib.

İnqrem xəbərdarlıq edib ki, Rusiyanın Suvalki dəhlizinə mümkün müdaxiləsinə Moskvanın Baltik ölkələrinə qarşı yönəlmiş təbliğat kampaniyalarının artması, həmçinin rusca danışan azlıqlar arasında iğtişaşların qızışdırılması işarə edə bilər.

Ekspert həmçinin Putinin regiona iqtisadi təzyiq göstərməyə və kommunikasiya hücumları həyata keçirməyə cəhd edəcəyini istisna etmir. Onun sözlərinə görə, Baltik ölkələri bu cür təhdidlərə ciddi yanaşmalıdır.

Qeyd edək ki, təxminən 100 km uzunluğa malik Suvalki dəhlizi Polşa ilə Litva arasında yerləşir. Dəniz Rusiyanın Kalininqrad vilayəti və Belarus yaxınlığındadır.

Seçilən
91
1
teleqraf.com

2Mənbələr