AZ

Avropa liderləri Rusiya-Ukrayna müharibəsinin həlli yollarını müzakirə etmək üçün ABŞ-a səfər edəcəklər

Vaşinqton, 8 sentyabr, AZƏRTAC

Bir sıra Avropa liderləri Rusiya-Ukrayna müharibəsinin həlli yollarını müzakirə etmək üçün bazar ertəsi və ya çərşənbə axşamı ABŞ-a səfər edəcəklər.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Tramp kimi nəzərdə tutduğu açıqlamayıb. Dövlət başçısı Rusiya-Ukrayna müharibəsinin hazırki vəziyyətindən məmnun olmadığını bildirib, lakin müharibənin tezliklə həll olunacağına əminliyini ifadə edib. Tramp həmçinin, tezliklə Rusiya Prezidenti Vladimir Putinlə danışacağını da açıqlayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
6
2
azertag.az

10Mənbələr