AZ

Şəmkirdə təcili yardım və minik avtomobilləri toqquşub, yaralılar var

Şəmkirdə
07.09.2025-ci il tarixində saat 01:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1news.az APA-ya istinadən xəbər verir ki, bu haqda TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alanların birinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Seçilən
81
13
1news.az

10Mənbələr