Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin qətiyyətsizliyini gördüyü üçün Ukraynadakı vəziyyəti dramatik şəkildə gərginləşdirir...
Poliqon xəbər verir ki, bu barədə “Die Welt” nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, bazar günü gecə Rusiya PUA və qanadlı raketlərdən istifadə etməklə Ukraynaya ən güclü zərbələrindən birini endirib. Bundan əlavə, mətndə deyilir ki, Putin əvvəllər respublika ərazisindəki Qərb qoşunlarının qanuni hədəflərə çevriləcəyi barədə xəbərdarlıq edib.
"Putin vəziyyəti niyə belə kəskin şəkildə gərginləşdirir? Çünki bacarır. O, anladı ki, Qərb ləng reaksiya verir, hətta 26 ölkədən ibarət "istəklilər koalisiyası" da öz gücünü döyüş meydanında yox, əsasən kağız üzərində göstərir", nəşr yazıb.
Poliqon.info