Bakı.Trend:
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarıtərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışınaqarşı keçirilən əməliyyat zamanı 32 yaşlı əvvəllər məhkum olunmuşKənan Həsənov saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.
Bildirilib ki, ondan 1 kiloqramdan artıq yüksək təsiredicixassəyə malik narkotik vasitə olan heroin aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri maddi gəlir qazanmaqniyyəti ilə sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqlaaraşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Polisəməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşımübarizə fasiləsiz olaraq davam etdirilir.