AZ

İntensiv yağışlar yağıb, Talaçaydan sel keçir FAKTİKİ HAVA

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Balakən və Zaqatalada 54, Sarıbaşda (Qax) 20, Qubada 13, Şabranda 12, Qusarda 11, Lənkəranda 8, Astara, Yardımlı, Bərdə, Cəlilabad, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Şəki,Tovuz, Oğuz, Qrız, Yevlax və Zərdabda 4 millimetrədək qeydə alınıb.

Yağan intensiv yağışlar nəticəsində hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçayda sel müşahidə edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
41
azertag.az

10Mənbələr