AZ

Stavropolda azərbaycanlı terror hazırlamaqda ittiham edilərək saxlanılıb

FTX-nıni ddisı: Ukrayna üzrə kuratorların göstərişi ilə terror aktları hazırlayırdı...

Poliqon xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Stavropol şəhərində azərbaycanlı vətəndaşı saxlayıb. FTX-nın məlumatına görə, saxlanılan şəxs “keçmiş xüsusi təyinatlı döyüşçü”dür və o, terror aktları hazırlamaqda şübhəli bilinir.

FTX-nın iddiasına görə, azərbaycanlı Yessentuk və Stavropol şəhərlərində, o cümlədən hüquq-mühafizə orqanlarının binalarına qarşı bir neçə partlayıcı qurğu hazırlamağı planlaşdırırmış.

Hazırda saxlanılan şəxsin əleyhinə “terror aktına hazırlıq” maddəsi üzrə cinayət işi açılıb və istintaq aparılır. Saxlanılan şəxsin ətrafında əlavə əməliyyatlar və təhqiqat tədbirləri davam etdirilir.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr