AZ

Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlq imkanları dəyərləndirilib

Bakı. Trend:

Azərbaycan və Uruqvay arasında bərpa olunan enerji, yaşıltexnologiyalar, infrastruktur, nəqliyyat və sənaye, ərzaqtəhlükəsizliyi sahələrində əməkdaşlıq imkanları müzakirəolunub.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbərverir.

Belə ki, İqtisadiyyat nazirinin birinci müavini Elnur ƏliyevinUruqvay Şərq Respublikasına səfəri çərçivəsində bir sıra görüşlərkeçirilib.

Səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini ElnurƏliyev Uruqvayın xarici əlaqələr nazirinin müavini Valeria Csukasiilə görüşüb. Görüşdə Azərbaycan iqtisadiyyatı, ölkəmizdəinvestisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətindəreallaşdırılan tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki,Azərbaycanla Uruqvay arasında indiyədək iqtisadi, gömrük,mədəniyyət və digər sahələri əhatə edən ümumilikdə altı sənədimzalanıb. İki ölkə arasında iqtisadi-ticarət əlaqələriningenişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Əməkdaşlığıngenişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərinəhəmiyyəti vurğulanıb.

Uruqvayın sənaye, enerji və mədənçilik naziri Fernanda Kardonailə görüşdə bildirilib ki, Uruqvay şirkətlərinin Azərbaycanainvestisiya qoyuluşu üçün böyük potensial mövcuddur. Xüsusilə bərpaolunan enerji, yaşıl texnologiyalar, infrastruktur, nəqliyyat vəsənaye sahələrində geniş əməkdaşlıq imkanları var. Ələt Azadİqtisadi Zonası xarici investorlar, o cümlədən uruqvaylısərmayədarlar üçün geniş imkanlar açır.

Uruqvayın Yanacaq, Spirt və Limanlar Milli Administrasiyasının(ANCAP) prezidenti Sesi̇liya San Roman ilə görüşdə SOCAR ilə ANCAParasında əməkdaşlıq imkanları, xüsusilə enerji sahəsində qarşılıqlıtəcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması imkanlarımüzakirə olunub. Tərəflər yaşıl enerji və müasir texnologiyalarıntətbiqi istiqamətində əməkdaşlıq üçün böyük potensialın olduğunuqeyd ediblər.

Seçilən
37
2
az.trend.az

3Mənbələr