AZ

Xocalı sakini: Tarixi torpaqlarımıza Böyük Qayıdışın sevincini yaşayırıq

Ağdam, 8 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Çünki illərlə həsrətində olduğumuz torpaqlara, doğma yurdumuza qayıdırıq.

Bu sözləri Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocalının Xanyurdu kəndinə köç edən Hicran Muradova deyib.

"Beş il əvvəl Qarabağımızın azadlığa qovuşmasına sevinirdik. İndi isə Qarabağımızın dirçəlməsinin, yenidən qurulmasının, tarixi torpaqlarımıza Böyük Qayıdışın sevincini yaşayırıq. Bu gözəl hissləri bizə yaşadan Ordumuza, Prezidentimizə minnətdaram", - deyə Hicran Muradova bildirib.

 

Seçilən
81
1
azertag.az

2Mənbələr