AZ

ABŞ-də ictimaiyyətin 56 faizi Trampın prezidentlik fəaliyyətindən narazıdır

ABŞ-də keçirilən sorğuda iştirakçıların 56 faizinin Donald Trampın prezidentlik fəaliyyətindən razı olmadığı müəyyən edilib.

Missiya.Az "Trthaber"ə istinadən xəbər verir ki, sorğuya görə, Trampın immiqrasiya siyasətinə qarşı çıxanların nisbəti 54 faizdir. Rusiya-Ukrayna müharibəsində Trampın səylərinin “sülhü təmin edəcəyini” düşünənlər 27, münaqişənin davam edəcəyini proqnozlaşdıranlar isə 43 faizdir.

Bundan əlavə, Trampın Milli Qvardiyanı şəhərlərə göndərilməsini dəstəkləməyənlər 58 faiz təşkil edib.

İlahə QənbərliMissiya.Az

Seçilən
48
missiya.az

1Mənbələr