AZ

Bakıda DƏHŞƏTLİ QƏZA: 19 nəfər...

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 08.09.2025-ci il tarixində saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Qeyd edək ki, bu gün səhər 06:00 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda "Hyundai" markalı avtomobil 99-XM-330 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" maraklı 10-XE-462 qeydiyyat nişanlı mikroavtobus toqquşub. 

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
20
bakivaxti.az

10Mənbələr