AZ

İrakli Kobaxidze: “Üç ayda ölkədən bütün ötən ildəkindən çox miqrant çıxarılıb”

Yazını böyüt
Yazını kiçilt

“Son üç ayda Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkədən demək olar ki, bütün ötən il ərzində olduğu qədər qeyri-qanuni miqrantı çıxarıb”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

Baş nazir bildirib ki, qanunsuz miqrasiyanın aradan qaldırılması istiqamətində fəal iş aparılır.

“Bu, cəmiyyətimizi narahat edən mühüm məsələdir. Son üç ayda Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkədən demək olar ki, bütün ötən il ərzində olduğu qədər qeyri-qanuni miqrantı çıxarıb. Bu statistika da ondan xəbər verir ki, səmərəliliyin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb və Daxili İşlər Nazirliyi bütün istiqamətlərdə son üç ay ərzində daha səmərəli işləyir”, – baş nazir bildirib.

Seçilən
87
hafta.az

1Mənbələr