AZ

“Neftçilər” metrosu yaxınlığındakı bu işıqforda tez tez qəza baş verir ŞİKAYƏT VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakının Nizami rayonu ərazisində, “Sahib Əz-zaman” məscidindən “Neftçilər” metrosuna doğru hərəkət edən yolda sürücülər üçün ciddi təhlükə yaradan vəziyyət müşahidə olunur. 

Avtosfer.az xəbər verir ki, sözügedən ərazidə yerləşdirilən işıqfor ağacların arasında gizləndiyi üçün sürücülərin görmə imkanlarını məhdudlaşdırır.

Sürücülərin sözlərinə görə, onlar 50 kilometr-saat sürətlə hərəkət etdikdə svetoforu gec gördüklərinə görə qəfil tormozlama etməyə məcbur qalırlar. Bu zaman isə həm arxadan vurulma, həm də qarşıdakı piyadanın vurulması təhlükəsi yaranır. Ərazidə yaşayan vətəndaşlar bildirib ki, qeyd olunan işıqfor dəfələrlə qəzalara səbəb olub.

Yol hərəkəti iştirakçıları bildirirlər ki, bu vəziyyət xüsusilə pik saatlarda daha da təhlükəli hal alır. Çünki həm avtomobillərin sıxlığı, həm də piyadaların çoxluğu qəza riskini artırır. 

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
avtosfer.az

1Mənbələr