Azərbaycan Hava Yolları (AZAL) Oktyabrın 27-dən etibarən birbaşa Maleyə (Maldiv adalarına) uçuşlarını bərpa edir.
Marja xəbər verir ki, uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Biletləri aviaşirkətin rəsmi saytından və ya mobil tətbiqi vasitəsilə bron etmək mümkündür.
27 oktyabr üçün Ekonom sinif biletin qiyməti bir tərəf üçün 666 manatdan, Biznes sinif biletin qiyməti isə 2204 manatdan başlayır.