AZ

İtaliya Qran-prisi rekordlarla yadda qaldı, Azərbaycan Qran-prisi yaxınlaşır

Bakı. Trend:

“Formula 1” üzrə dünya çempionatı Avropa mövsümünü tarixiİtaliya Qran-prisi ilə başa vurdu. Yarış 75-ci dəfə keçirildi vəhəm gərgin mübarizə, həm də yeni rekordlarla yadda qaldı.

Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, həftəsonuna “Ferrari”və “McLaren” sürücüləri ümidverici start verdilər. Cümə və şənbəgünlərində Lyuis Hemilton, Lando Norris və Şarl Lekler ön sıralardamübarizə apararaq azarkeşləri həyəcanlandırdılar. Ancaq sıralanmaturunda Maks Ferstappen tarixin ən sürətli dövrəsinə imza ataraq“pole” mövqeyini qazandı və Lyuis Hemiltonun 2020-ci ildəkirekordunu qırdı. Lando Norris ikinci, Oskar Piastri isə üçüncünəticə göstərdi.

Bazar günü keçirilən yarışda startdakı kiçik səhvindən sonraFerstappen tez toparlandı və yenidən liderliyi ələ keçirdi. 38-cidövrədə pit-stopdan sonra o, sürətini maksimuma çatdıraraqrəqiblərinə şans vermədi. Ferstappen mövsümdə 3-cü, karyerasındaisə 66-cı qələbəsini qazanmaqla yanaşı, “Red Bull” komandasınatarixində 125-ci qələbəni gətirdi. Bundan əlavə, niderlandlı pilot2003-cü ildən Mixael Şumaxerə məxsus olan ən sürətli Monza yarışırekordunu da yenilədi.

Podiumun digər pillələri “McLaren” sürücülərinə qismət oldu –ikinci olan Lando Norris son dövrədə ən sürətli nəticəyə imzaataraq Ferstappenin het-trikinə imkan vermədi, Oskar Piastri isə3-cü yeri tutaraq komandasına möhtəşəm dubl qazandırdı. “Ferrari”azarkeşləri isə böyük ümidlərlə gözlədikləri yarışda yalnız 4-cü(Şarl Lekler) və 6-cı (Lyuis Hemilton) yerlərlə kifayətləndilər.İlk onluğu Corc Rasl (“Mercedes”), Aleks Elbon (“Williams”),Qabriel Bortoleto (“Sauber”), Kimi Antonelli və Ayzek Həcərtamamladılar.

Ümumi sıralamada vəziyyət belədir: Oskar Piastri 324 xallaliderliyini qoruyur. Onu 293 xalla komanda yoldaşı Lando Norris və230 xalla Maks Ferstappen izləyirlər. “McLaren” 617 xallaMühəndislər Kubokunda açıq-aşkar liderdir və artıq Bakıda titulunuvaxtından əvvəl təmin edə bilər.

Beləliklə, Avropa mərhələsi başa çatdı və mövsümün ən həlledicimərhələlərindən biri – Azərbaycan Qran-prisi yaxınlaşır. Bütündünyanın gözü indi Bakıya çevrilib: “Formula 1”in saatı artıq Bakıvaxtı ilə işləyir.

Seçilən
39
6
az.trend.az

7Mənbələr