8 sentyabrda dünya bazarında neftin qiymətində artım müşahidə olunub.
ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə biləcəyi ilə bağlı bəyanatından sonra bazarda qiymətlər yüksəlib.
Reuters-in məlumatına görə, Brent markalı neftin qiyməti 1,22 dollar artaraq 66,72 dollar/barel səviyyəsinə çatıb. ABŞ-ın WTI markalı nefti isə 1,18 dollar bahalaşaraq 63,05 dollar/barel olub.
Ekspertlər bildirirlər ki, qiymətlərin artımı həmçinin OPEC+ ölkələrinin hasilatın artırılması ilə bağlı ehtiyatlı mövqeyi ilə də əlaqələndirilir.
//Samir Qurbanov, Editor.az