AZ

İrəvandan Qarabağ açıqlaması: Onu Yevlaxa gedənlərdən soruşun

“Artıq Ermənistan-Azərbaycan sərhədində əmin-amanlıq hökm sürür”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Qraçya Akopyan jurnalistlərə açıqlamasında deyib.

Hakim komandanın üzvü ABŞ-də iki ölkə arasında paraflanmış sülh sazişinin iki ölkə arasında sülhün formalaşmasında mühüm rol oynadığını bildirib: “Həmin sənəd üzərində hər gün işləməyə ehtiyac var ki, yekun sülh yaransın. Bəli, indi iki ölkə arasında sülh var”.

Jurnalistlərin Qarabağın Azərbaycana təhvil verilməsi ilə bağlı sualına Akopyan cavab olaraq, bunun Yevlaxa gedənlərdən soruşulmalı olduğunu qeyd edib.

Deputat Qarabağı könüllü tərk etmiş ermənilərin təzadlı iddialarına da diqqət çəkib:

“O vaxt biz onlara dedik: Qarabağı tərk etməyin, dedilər: bizi Ermənistana buraxmırlar, indi Ermənistana gəliblər, deyirlər: bizi Qarabağa qayıtmağa qoymursunuz”.

Akopyan əlavə edib ki, ermənilər Qarabağda azərbaycanlılarla birgə yaşamağın yollarını o zaman tapmalı idilər, indi yox.

Xatırladaq ki, 2023-cü il sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında görüş keçirilmişdi. Görüşdə Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunmuşdu.

Ermənilər həmin ilin payız aylarında Qarabağı könüllü tərk ediblər.

Seçilən
74
6
bakuinfo.net

7Mənbələr