AZ

Alfonso Dominqes almaniyalı rəqibinə qalib gəldi

BAKI, 8 sentyabr. TELEQRAF

Azərbaycan boksçusu Alfonso Dominqes Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. 90 kq-da döyüşən millimizin lideri 1/8 finalda Yasse Kisslə (Almaniya) üz-üzə gəlib.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, dünya çempionu rəqibinə heç bir şans verməyib.

Hər 3 raundu xeyrinə bitirən Dominqes yekunda 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

O, 1/4 final görüşünə sentyabrın 10-da çıxacaq.

Qeyd edək ki, Azərbaycan millisinin daha 4 boksçusu 1/8 final döyüşünə çıxacaq.

Seçilən
16
7
teleqraf.com

10Mənbələr