ain.az, Fanat portalına istinadən məlumat verir.
"Fernandu Santuşun Azərbaycan millisindən ayrılması bizim hazırlığımıza da təsir edəcək".
Fanat.Az xəbər verir ki, bu sözləri Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri II tur oyunundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis sabahkı qarşılaşmada istənilən ssenariyə hazır olduqlarını bildirib: “Rəqibi analiz etmişik, lakin müəyyən düzəlişlər olacaq. Onların hücumda və müdafiədə necə oynadıqlarını futbolçularımıza göstərmişdik. Amma vacib olan meydanda sərgiləyəcəyimiz oyundur”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.