AZ

Karapetyan həbsdə qaldı

Rusiyalı iş adamı Samvel Karapetyanın həbs müddəti uzadılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS biznesmenin vəkili Aram Vardevanyana istinadən məlumat yayıb.

“Məhkəmə bizim vəsatətimizi təmin etməyib və Samvel Karapetyanı həbsdə qoyub”, – vəkil bildirib.

Xatırladaq ki, Ermənistan Daxili İşlər Nazirliyi “Taşir” Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı cari ilin iyunun 17-də saxlayıb. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Bu zaman onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Onu da bildirək ki, Azərbaycan 2021-ci ildə Qarabağa qaçaq yolla silah-sursat daşıyan şirkət rəhbərlərini beynəlxalq axtarışa vermişdi. Həmin şəxslər sırasında S.Karapetyan da olub.

Seçilən
44
5
operativmm.az

7Mənbələr