BAKI, 8 sentyabr. TELEQRAF
Braziliya Prezidenti Luis İnasiu Lula da Silva ABŞ Silahlı Qüvvələrinin Karib dənizindəki mövcudluğunu kəskin tənqid edib.
Teleqraf xəbər verir ki, Braziliya lideri Vaşinqtonun hərəkətlərinin əlavə gərginlik yaratdığını və regionda dinc yanaşı yaşama prinsiplərinə zidd olduğunu söyləyib.
Onun sözlərinə görə, Latın Amerikasının nüvəsiz statusunu təsbit edən 1968-ci il tarixli Tlatelolko Müqaviləsi regional təhlükəsizliyin və sabitliyin formalaşmasında mühüm rol oynayır.