AZ

İsrailli nazir: Fransa və ya İspaniyada Fələstin dövləti yaradılsın!

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Fransa və İspaniya müstəqil Fələstin dövlətinin yaradılmasını istəyirlərsə, onu öz ərazilərində yerləşdirə bilərlər.

Axar.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

XİN rəhbərinin sözlərinə görə, Fələstin dövlətçiliyinin Qərb dövlətləri tərəfindən tanınması HƏMAS üçün mükafat olardı, buna görə də yəhudi dövləti bunu qəbuledilməz hesab edir.

“Fransa və İspaniyanın böyük daxili problemləri var. Amma onlar İsrail və Fələstinin işləri ilə məşğul olmağa üstünlük verirlər. Bu halda Paris və Madrid öz dövlətlərinin ərazisində müstəqil Fələstin yarada bilərlər”, - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
3
axar.az

5Mənbələr