BAKI, 9 sentyabr. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Suriyanın paytaxtı Dəməşqdən 165 km aralıda yerləşən Homs şəhəri yaxınlığındakı Hava Hücumundan Müdafiə Qüvvələrinin bazasına zərbələr endirib .
Teleqraf xəbər verir ki, bu barədə "Əl Ekhbariya" saytı məlumat yayıb.
Bildirilir ki, Homsun cənubundakı Şinşar bölgəsində və Suriya silahlı qüvvələrinin silah-sursat anbarlarının yerləşdiyi Əl-Avrat şəhərində də güclü partlayış səsləri eşidilib.
Hava hücumlarının nəticələri barədə məlumat verilməyib.